20 Oktyabr 2021 15:48
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda metro qatarında nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, metronun "Qara Qarayev" stansiyasından "Neftçilər" stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb: ""Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib".


Müəllif: Teleqraf.com