22 Oktyabr 2021 15:31
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real TV Vətən müharibəsi nəticəsində Zəngilanın işğaldan azad olunduğu bir illik möhtəşəm tarixə həsr olunan bir-birindən maraqlı videosujetlər hazırlayır.

Teleqraf.com xəbər verir ki, növbəti çəkiliş adını çəkdiyimiz saytın baş redaktoru, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun doğulduğu Zəngilandakı evindən reportaj hazırlayıb.

Reportajda jurnalist özü ermənilərin viran qoyduğu ata ocağının dağıdılmış daşları arasından keçirdiyi hissləri, yaşadığı təəssüratları bölüşür. Həmin videosujeti təqdim edirik.


Müəllif: Teleqraf.com