26 Oktyabr 2021 11:11
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19 ünvanında yerləşən “Xəlili Plaza” adlanan mövcud beşmərtəbəli qeyri-yaşayış binasının üzərində müvafiq sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Müəllif: Teleqraf.com