Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.
Mərkəzdən Teleqraf.com-a bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində isə yeni seysmik stansiyanın quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.
Qeyd olunub ki, ölkə ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsi davam etdirilir.
Bildirilib ki, beynəlxalq qrant layihəsi çərçivəsində mərkəz tərəfindən respublika ərazisində 22 seysmik stansiya quraşdırılacaq. Bununla da ölkə ərazisində seysmik stansiyaların sayı 84-ə çatacaq.
"Seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Onu da deyək ki, RSXM seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə, eləcə də aparılan kompleks geofiziki-seysmoloji tədqiqatların səviyyəsinə görə təkcə regionda deyil, MDB ölkələri arasında da liderdir", - məlumatda bildirilib.