14 Noyabr 2014 18:44
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Startup Azərbaycan" layihəsinin təşkil etdiyi "Milli startuplara dövlətin və özəl sektorun dəstəyi" mövzusunda konfrans işə başlayıb.


Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, startupçıların əsas məqsədi maraqlı ideya təqdim etmək olmalıdır: “Nazirlik olaraq bizim məqsədimiz startupçılara dəstək olmaqdır. Startupçılar isə ilk növbədə maraqlı ideya təqdim etməlidirlər, ideya olduğu halda onun reallaşdırılması üçün vəsait özü tapılacaq. Bu arada yaxın zamanda işə başlayacaq "Bakutel-2014" sərgisində biz ötən il olduğu kimi, startupçılara yer ayırmağı planlaşdırmışıq".

"Startup Günləri"nin əsas tədbirlərindən biri də startupçıların biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Üç gün ərzində beynəlxalq səfər tədbirlərində iştirak edən yerli startup sahiblərinin yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.

Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.


Qeyd edək ki, noyabrın 16-da "Startup Günləri" başa çatacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər