BUĞA - Bütün vacib planlarınızı günün birinci yarısına təyin edin, xüsusən də əgər bu, iş və maliyyə ilə bağlıdırsa. Nahardan sonrakı müddətdə isə daha çox neytrallıq nümayiş etdirin.
ƏKİZLƏR - Daxili səsinizə qulaq asın. Düşünməyin ki, hər şeyin sonudur. Əgər bunu bacarsanız, təxminən saat 12-dən etibarən proseslərin müsbətə doğru dəyişməsinin şahidi olacaqsınız.
XƏRÇƏNG - Günün ümumi mənzərəsi qənaətbəxş olduğundan nəzərdə tutduğunuz işlərin böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Bu istiqamətdə sizə köməklik göstərənlər də olacaq.
ŞİR - Fəaliyyətinizdə mövcud olan boşluqları doldurmaq üçün mütləq təcrübəli, həm də etibarlı insanların məsləhətlərindən yararlanın. Unutmayın ki, "qara zolağ"ın sonuna çatmısınız.
QIZ - İttiham və giley-güzarınızı bir tərəfə atın. İndiki çətin mərhələdə bu hal heç bir müsbət nəticə verən deyil. Danışmaqdansa enerjinizi toparlayıb yarımçıq işlərinizə davam edin.
TƏRƏZİ - Bu gözəl təqvimdə hər kəslə duyğusal davranın. Kiminsə qəlbini qırmağa, zəhmətini aşağılamağa çalışmayın. Saat 16-19 aralığında olduqca uğurlu mərhələdən keçəcəksiniz.
ƏQRƏB - Bürcünüzdə aktivləşən planetlər sizə primitiv görünən bəzi məsələlərin aktivləşməsinə səbəb olacaq. Amma gərək özünüz də fəal olasınız. Doğmalarınızla münasibətləri qaydasına salın.
OXATAN - Nəzərinizə çatdıraq ki, bu gün planlarınız kosmik sürətlə reallığa yaxınlaşacaq. Etibar etdiyiniz adamların dəstəyindən də yararlanmağa çalışmalısınız. Uzaq yola şıxmaq fikrinə düşməyin.
OĞLAQ - Səhər saatlarından ovqatınız bir qədər aşağı olsa da, saat 11-dən sonra hər hansı gərginliyin şahidi olmayacaqsınız. Bu gün aldığınız bütün işgüzar təklifləri qəbul edin.
SUTÖKƏN - Həftə ərzində görəcəyiniz bütün işləri nahara qədər qətiləşdirin. Əks təqdirdə sonra buna vaxt tapmayacaqsınız. Bu gün səfərə çıxmaq, pul riski etmək uğursuzdur.
BALIQLAR - Sizi indiki passiv nöqtədən tərpədə bilən adamlarla rastlaşacaqsınız. Bu səbəbdən ünsiyyətdə olduğunuz hər kəslə mülayim davranın. Bütün astroloji mənbələr qurtulacağınızı bildirir.