16 Noyabr 2021 15:57
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad edilən ərazilərin bərpası, digər Azərbaycan ərazisinə reinteqrasiya edilməsi yaxşı olardı. Ötən il işğaldan azad edilən ərazilərimizdə böyük işlər görülüb, ümid edirəm ki, bu il də davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Əli Məsimli deyib.

Deputat əlavə edib ki, gəlirlər 2,4 faiz artdığı halda inflyasiya 6 faiz təşkil edib: “Hesab edirəm ki, bu ilin büdcəsindən qeyd edilən fərqin azaldılması üçün şans yaradılır. Çünki 1,4 milyard manat tutumlu sosial layihə həyata keçiriləcək”.

Əli Məsimli qeyd edib ki, xaricdən gələn inflasiyasıyanın qarşısını ala bilmərik: “Eləcə də əmtəəsi xaricdən gələn və burada istehsal olunan bəzi məhsulların artımının qarşısını almaq mümkün deyil. Ancaq süni qiymət artımı, monopoliya kimi halların qarşısını almaq mümkündür”.


Müəllif: Nemət

Oxşar xəbərlər