19 Noyabr 2021 20:23
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İdxal mallarının statistik göstəricilərinin təhlili göstərir ki, bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə Dövlət Gömrük Komitəsi (DGK) üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 % yerinə yetirilməsi gözlənilir".

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev AZERTAC-a müsahibəsində deyib.

"Cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 %yerinə yetirilib.

Məlum olduğu kimi, gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülən vergi və rüsumların məbləği ölkə ərazisinə xarici dövlətlərdən idxal olunan malların həcmindən bilavasitə asılıdır", - S. Mehdiyev bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər