Azərbaycanın enerji sektorunda böyük potensialı var.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra deyib.
C.Oucinin sözlərinə görə, İran və Azərbaycan arasında bu gün qaz sektorunda yaxşı razılaşmalar əldə olunub.
Nazir əlavə edib ki, Xəzər dənizində neft yataqlarının inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. Bu gün mütəxəssislərin iclasından sonra gələn həftələr ərzində müqavilənin imzalanacağına ümid olunur.
İranlı nazir bildirib ki, qonşu ölkələrdən, o cümlədən Türkmənistandan qazın Azərbaycana svop olunması (SWAP) haqda danışıqlar aparılıb.