6 May 2014 16:26
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-dən başlayaraq 150 min tələbənin iştirakı ilə “Bakı 2015 İlk Avropa Oyunları” başlıqlı rəy sorğusuna start veriləcək.

Teleqraf.com-un məlumatına görə, 15 iyun tarixinədək davam edəcək sorğu Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Prezidenti yanında Gənclər Fondu (AzGF) və “Bakı 2015 İlk Avropa Oyunları”nın təşkilat komitəsinin dəstəyi ilə paytaxt Bakı və ölkəmizin regionlarının təhsil müəssisələrinin tələbələri arasında gerçəkləşəcək.

ATGTİ-nin sədri Şahin İsmayılovun sözlərinə görə, bu, ölkəmizdə tələbələr arasında gerçəkləşəcək ən böyük layihələrdən biri olacaq. 150 mindən artıq tələbə arasında aparılan sorğu nəticəsində 12-15 min könüllü tələbə seçiləcək.

Könüllülərin seçimi prosesinə 300-dən artıq tələbə cəlb olunub. Nəticə etibarı ilə müsabiqədən keçmiş könüllülər üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin xətti ilə ölkəmizə gələcək xüsusi şəxslər tərəfindən treninqlər təşkil olunacaq.

Qeyd edək ki, sorğunun keçirilməsinin əsas məqsədləri tələbə - gənclərin “Bakı 2015 İlk Avropa Oyunları”na münasibətini öyrənmək, onlara bu yarışma haqqında dolğun məlumat verərək, tələbə - gənclərin bu möhtəşəm idman tədbirində könüllü olmaq (və ya olmamaq) istəklərini müəyyənləşdirməkdir. Bundan əlavə oyunlarda könüllü olmaq istəyən tələbə - gənclərə şərait yaradaraq, onların yarışlara cəlb olunması və gələcəkdə istifadə oluna biləcək ümumi könüllü məlumat bazasının formalaşdırılması da sorğunun əsas məqsədlərindəndir.

Babək Cahandarov


Müəllif: