"Qazıməmməd-Qazax" magistral qaz kəmərində təmir işlərinin saat 21:00-dək yekunlaşması nəzərdə tutulub.
"Azəriqaz" İB-dən Teleqraf.com-a verilən məlumata görə, işlər yekunlaşdıqdan sonra İsmayıllı rayonunda, eləcədə Ağsu və Göyçay rayonlarının bəzi kəndlərində qaz təchizatında yaranan məhdudiyyət aradan qalxacaq.