Sabah saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
Teleqraf.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev cavablandıracaq.