28 Noyabr 2021 09:41
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi insanlar toyuq, təzə ət kimi məhsulların yuyulmadan istehlak olunmasını tövsiyə edir. Bildirirlər ki, bu məhsullar su ilə təmasda olduqda faydalı mikroorqanizmlər ölür, zərərli bakteriyalar çoxalır. Bəs, bu nə dərəcədə doğrudur?

Teleqraf.com-un sualına cavab olaraq Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, bu fikir tamamilə yanlışdır.

Onun sözlərinə görə, ət məhsulları satış prossesinə qədər müxtəlif mərhələlərdən keçdiyi üçün mütləq yuyulub, sonra emal olunmalıdır:

“Toyuq kimi hin quşlarında, qanadlı məhsullarda və yumurtalarda salmonella adlı bakteriya var. Bu bakteriya insanı birbaşa zəhərləyə və öldürə bilər. Ona görə də nəinki toyuq əti, hətta yumurtanın özü belə yuyulmadan istehlak edilməməlidir.

Toyuq necə yuyulmaya bilər ki, tükləri üzərində bakteriya olur. Kəsimdən sonrakı prosesdə tüklərini yolanda qanı dərisinə hopa bilər və yaxud tükləri yolunanda dərisi ilə təmasda olur. O tüklərin, dərinin üzərində bakteriyalar var. Toyuq qablaşdırılır, hava-damcı yolu ilə gələn virus və bakteriyalarla üzləşir. Ətin daşınmasında, emalında, bişirilməsində, soyudulmasında, yenidən qızdırılmasında diqqət olunacaq vacib məqamlar var. O diqqət olunası məqamlar arasında birinci addım yumaqdan başlayır. ”.

Mütəxəssis bildirib ki, toyuq kimi ət məhsullarının emalı zamanı əlcək taxılması mütləqdir: “Heç kim qarantiya verə bilməz ki, əlin və dırnağın altında heç bir bakteriya qalmayıb. Toyuq məmulatlarından, xüsusilə də döş ətindən zəhərlənmə halları daha çox baş verir. Bakteriya hər saat çoxalır. Gözlə görünməyən mikroorqanizmlər var və onların riskli qidalarda çoxalmaq təhlükəsi daha çoxdur. Hansı ki, ət balıq, toyuq məhsullarında, həmçinin yumurta, mayonez və yumurtadan hazırlanmış məhsullarda bu risk çoxalır. Mayonezlə, toyuqdan, yumurtadan hazırlanmış salatlar riskli qidalardır. Toyuq zəhərlənməsi balıq zəhərlənməsinə bərabərdir. Toyuqdan hazırlanan yeməklər tez xarab olan qidalar sırasına daxildir. Saxlanma şəraiti düzgün olmadıqda, daşınmasında, kəsim prosesində səhvlərə yol verildikdə tez xarab olur. Toyuq təzə olmalı, dərsi aydın şəkildə görsənməlidir. İstər donmuş, istər təzə toyuq mütləq şəkildə emal vaxtı yuyulmalı, içi təmizlənməlidir. Toyuğun içində qalan qan yuyulub təmizlənməlidir. Qan qanın özü də mikrobioloji çirklənmədir”.

Ekspert bildirib ki, təzə ətkəsildikdən dərhal sonra emal olunmamamılıdr: “İlk olaraq ət dincəlməyə qoyulmalıdır. Əgər ət yenicə kəsilirsə, dincəldilirsə, onu yumadan bişirib istehlak etmək olar. Əgər ət bir neçə kəsildikdən sonra saatlarla havada asılı vəziyyətdə qalırsa, hava-damcı yolu ilə gələn bakteriyalara məruz qalırsa, o zaman o əti yumaq vacibdir.

Toyuqlar, xüsusilə broylerlərin kəsimdən sonra tükləri yolunur. Qoyunun dərisi soyulduğu kimi toyuğu təmizləmək mümkün deyil. Toyuq tükü üzərində salmonella bakteriyası ilə yanaşı, qaraciyərdə kisə əmələ gətirən exinok bakteriyası var. Bu bakteriya təmiz yuyulmayan göyərti məhsulları üzərində də olur. Buna görə də broyler toyuqlar, qəssabların kəsdiyi ətlər uzun müddət havada qalırsa, mütləq yuyulub istehlak edilməlidir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər