29 Noyabr 2021 17:20
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin edilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.


Müəllif: Teleqraf.com