30 Noyabr 2021 17:43
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi Tviter hesabında açıqlama yayıb.

“İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - səfirlik bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər