2 Dekabr 2021 13:33
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi olaraq yoluxma sayını izləyirik. Son həftələr yoluxma sayında sabitlik yaranıb. Hazırkı şəraitdə daha az məktəb, daha az sinif bağlanıb.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib li, il ərzində 62 məktəb distant təhsilə keçib, onların əksəriyyəti artıq ənənəvi təhsilə geri qayıdıb: "Əgər bu şəkildə davam edərsə, növbəti həftələrdə tədirisin distant təhsilə keçirilməsi ehtimalı ilə bağlı problem görmürük. Lakin pandemiya davam edir, gündəlik 1500-2000 arası yoluxma sayı qeydə alınır.

Ölkə üzrə yoluxmaları vaksinasiya sayəsində nəzarətdə saxlaya bilirik. Son məlumatıma görə, təhsil müəssisələrində çalışan 90 mindən artıq heyət 3-cü doza peyvənd olunub.
150-180 gün aralığında buster dozanın vurulduğunu nəzərə alsaq, təhsil işçilərinin 90 faizdən artığı buster doza peyvəndi vurudurub. Bu gün yaxın ünsiyyət saxlaya biliriksə, bunu vaksinasiyaya borcluyuq".

Müəllimlərin setifikasiyasından danışan nazir qeyd edib ki, növbəti ildə buna başlanılacaq: "Hazırda müəllimlərin setifikasiyasının gecikməsinin başlıca səbəbi pandemiya şəraitidir. Pandmiya davamlı və uzunmüddətli olduğu üçün savadsız kəsilmənin olmasını istəmirik. Müəllimlərimizin sertifikatsiyaya cəlb olunması prosesi başlanılacaq. Sertifikatsiyada birinci mərhələdə aşağı nəticə toplamış müəllimlər var ki, onlar işlərdən uzaqlaşdırılmırlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər