8 Dekabr 2021 10:53
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək bazarına yemi girən şəxslərin öz ixtisasları üzrə iş tapmalarında çətinlik var.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi Naziri Sahil Babayev Azərbaycan Karyera İnkişafı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, xanımlar kişilərə nisbətən iş tapmaqda hələ də çətinlik çəkirlər:

"Bu istiqamətdə görülən işlər nisbəti azaltsa da, hələ də bu problem qalmaqdadır. Bunun aradan qaldırılması üçün məşğulluq proqramları tərtib edilir. Fərdi məşğulluq planı çərçivəsində onların ixtisaslarına uyğun seçimlər aparılacaq. İxtisasla bağlı əmək bazarında vakansiyalar olmazsa, onların üzərində də təkmilləşdirmə işləri görüləcək. Bu mexanizmlərin artıq icrasına başlanılıb. Bu problemləri həll etmək üçün biz məşğulluq proqramlarını təkmilləşdiririk.

Bu gün nazirliyin 175 xidmətindən 103-ü elektron formada həyata keçirilir. Növbəti ilin sonuna qədər daha 53 xidmət elektronlaşdırılması və səmərəli şəkildə vətəndaşlara təqdim ediləcək. Cari ilin 11 ayı ərzində 12 milyona qədər elektron xidmət göstərilib".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər