"Ölkədə doğulan 160 min uşaq məktəbi bitirəndə əmək bazarına ixtisas sahibi olmadan daxil olur. Bizim bütün təhsil müəssisələrindəki oturacaqların sayı ilə həmin uşaqların sayı arasında bəlli bir rəqəm fərqi var".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumunda Təhsil naziri Emin Əmirullayev deyib.
"Ali təhsillə orta təhsil arasında fərqlər var. Son dövrlər ərzində peşə təhsilinə qəbulda 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Ali təhsil müəssisələrinə çıxarılan yerlərin sayı 48 min civarındadır. Son 5 ildə ölkədəki demoqrafik vəziyyətlə əlaqəlidir ki, qarşıdakı 5 ildə yenə fərq olacaq. Son 5 il ərzində ali məktəbə sənəd verənlərlə qəbul olanlar arasındakı fərq 2 dəfə aşağı düşüb"- deyə nazir qeyd edib.