17 Noyabr 2014 17:35
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 noyabrda Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə BDU-nun ilk dərs günü ilə bağlı tədbir keçirilib.

Universitetin 95 illik yubileyinə həsr olunmuş tədbirdə BDU THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, eyni zamanda, universitetin fəal tələbələri iştirak ediblər. BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDU THİK sədri açıb və fürsətdən istifadə edərək 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Sonra komitə sədri Bakı Dövlət Universitetinin tarixindən və keçdiyi şərəfli yollardan bəhs edib:
“15 noyabr 1919-cu ildə 104 nəfər heyətlə fəaliyyətə başlayan Bakı Dövlət Universiteti geridə qalan 95 il ərzində çox şərəfli və məhsuldar tarixi inkişaf yolu keçib. BDU Azərbacyanın Milli İdeologiyasının, Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında və inkişafında müstəsna xidmətləri olub. Məhz bu səbəbdən də tarixin bəzi dönəmlərində univeirsitetimizə qarşı ciddi basqılar, təzyiqlər, sıxışdırmalar olub. Bu gün univerisitetimiz özünün elmi uğurları, innovativ yenilikləri, beynəlxalq əlaqələri, ölkənin ictimai-siyasi həyatındakı önəmi və dahi məzunları ilə tanınır, qəbul olunur və hörmət olunur. Bu məzunlar sırasında Ümummilli Lideri Heydər Əliyev, Yusif Məmmədəliyev, Həsən Əliyev, Aida İmanquliyeva, Mir Cəlal Paşayev, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə və digər dahi şəxsiyyətlərin adlarını qeyd edə bilərik",- deyə, Daşqın Qənbərov bildirib.

BDU THİK sədr müavini İlkin Şərifov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin BDU-ya göstərdiyi qayğı və diqqətdən danışıb. Daha sonra Bakı Dövlət Universitetinin fəal tələbələri və Tələbə Həmkarlar Təşkilatının sədrləri çıxış edərək universitetdə yaradılan şəraitdən və universitetdə olan tədris proqramlarından müqayisəli şəkildə danışıblar.

Coğrafiya fakültəsi THT sədri Cəbiyev Eltac, Kimya fakültəsi THT sədri Hacıyev Abdulla, Biologiya fakültəsi THT sədri Bayramova Nərgiz və Filologiya fakültəsinin aktiv tələbələri Abbasova Nigar və Kazımova İlahə də təbriklərə qoşularaq universitetdə təhsil aldıqları üçün fəxr etdiklərini dilə gətiriblər.
Sonda tələbələrin fikirləri və onların müxtəlif təklifləri dinlənilib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər