15 Dekabr 2021 09:32
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtdakı 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda qeyd edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər