“Cənub və aran regionlarında qızların ali təhsil xərclərini dövlət öz üzərinə götürsün”.
Teleqraf.com xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar icladında deputat Razi Nurullayev çıxış edib.
Deputat əlavə edib ki, bir neçə gün əvvəl İmişlidə yüzə qədər qadınla görüş keçirib: “Müzakirələrdən məlum oldu ki, hətta aran regionlarında qızlar universitetə qəbul olsa da, ödənişli əsaslarla olduğu halda valideynləri qızların ali təhsil almasına imkan vermir. Bu məsələni həll etmək üçün onların təhsil haqqını dövlətin öz üzərinə götürməsini təklif edirəm.
İstərdim ki, buŞ bütün ölkə üzrə qızların təhsil alması üçün tətbiq olunsun, amma bunu edə bilmiriksə, heç olmasa cənub və aran regionlarında bu məsələni həll etmək olar”.