29 Dekabr 2021 16:38
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24 aprel 1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.

Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər