19 Noyabr 2014 13:56
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı seçildiyi Tovuz rayonunun problemlərini qaldırıb. Millət vəkili suvarma problemi haqda danışıb, deyib ki, əslində Kür çayından suvarma prosesində istifadə edilə bilər:

“Biz bilmirik, bəlkə gələn il də quraqlıq olacaq. Odur ki, Kür çayında suvarma mexanizmi, nasoslar qurula bilər”. Q.Paşayeva qeyd edib ki, Tovuzun böyük kəndləri var: “Mən hörmətli baş nazirin qəbulunda olmuşan, Samir müəllim də problemi bilir. Elə böyük kəndlər var ki, cəmi bir orta məktəbi var və o da yararsız vəziyyətdədir. Hesab edirəm ki, ya yeni məktəb tikilməli, ya da olan məktəb əsaslı təmir olunmalıdır. Əlbəttə ki, bu zaman məktəbin nəticələri də nəzərə alınmalıdır”.

Paşayeva ipoteka sistemi, sosial evlər haqda səsləndirilən təklifləri də dəstəkləyib. Deyib ki, buna ciddi ehtiyac var: “Orta məktəb müəllimləri ipoteka imkanların istifadə edə bilmirlər, çünki əmək haqları buna imkan vermir. Hesab edirəm ki, sosial evlər haqda düşünmək lazımdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər