Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri özünün rəsmi tviter hesabında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşının Azərbaycanın Vətən müharibəsi dövründə "Səlcuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq" sözlərinə cavab olaraq bildirib.
Səlcuk Bayraktar tvitində "törədilən soyqırımı və qətliamlardan utanmalısınız" deyə qeyd edib.