19 Yanvar 2022 15:36
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları ilboyu ərzində Şəhidlər xiyabanı ərazisində abadlıq, təmizlik işləri həyata keçirir.”

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov deyib.

Onun sözlərinə görə, bu proses daim nəzarətdə saxlanır. “Xiyabanda, həmçinin müxtəlifrəngli güllərdən ibarət kompozisiyalar hazırlanır. 20 Yanvar faciəsinin 32-ci ildönümünə hazırlıq işləri artıq yekunlaşıb. Kompozisiyaya uyğun olaraq fərqli rənglərdən istifadə olunub”.


Müəllif: Teleqraf.com