19 Yanvar 2022 19:35
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Teleqraf.com bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, S.Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb.

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərə toxunan sədr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışıb. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.

S.Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə, bu istiqamətdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanın da öz töhfəsini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

V.Andreyeva müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından, həyata keçirilən islahatlardan, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdən razılıqla söhbət açıb, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.

BMT ilə gömrük xidməti arasında əməkdaşlıqdan məmnunluqla danışan qonaq gələcək perspektivlər barədə də fikirlərini bildirib, mövcud səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər