“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 21 yanvar saat 11:00-da başlayacaq.
Teleqraf.com xəbər verir ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.