21 Yanvar 2022 12:24
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azvision.az" saytının baş redaktorunun müavini Səbinə Həsənova "zefer.az" saytını təqdim edib.

Teleqraf.com-un xəbərinə görə, o, qeyd edib ki, saytın ideyası və konsepsiyası Prezident Administrasiyasına məxsusdur:

"Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölüm, 62 alt bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir.

Sayt ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və “Böyük qayıdış”la bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində də olması nəzərdə tutulur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər