2021-ci ildə Dövlət Gömrük Komitəsi 4,3 milyard manatdan çox vəsaiti dövlət büdcəsinə köçürməklə proqnoza 111,29 faiz əməl edib.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı "Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər" mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq toplanılıb.