“Regionlarda tibbi baxımdan kadr çatışmazlığı nəzərə alınaraq bu istiqamətdə müxtəlif təşviqedici kampaniyalarla həkimlərin həmin ərazilərdə işə cəlb edilməsi nəzərdə tutulur”.
Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.
Nazir bildirib ki, əsas hədəf tibb işçilərinin harada təhsil almalarından asılı olmayaraq onların region xəstəxanalarına cəlb edərək oradakı tibb infrastrukturunu təkmilləşdirməkdir.
“Xaricdə təhsil alanları yalnız praktiki fəaliyyət deyil, həmçinin tədris prosesinə cəlb etməyi düşünürük”, - nazir bildirib.