11 Fevral 2022 17:52
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən Gənc Liderlər üçün Qış Universitetinin iştirakçıları ikinci günə səhər idmanı ilə başlayıb.

Bu barədə Teleqraf.com-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.

Gün ərzində baş tutan panellər çərçivəsində “Liqa Smixu”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov “İnnovasiya əsaslı ideya generasiyası”, millət vəkilləri İlham Məmmədov “Motivasiya fundamentli uğura gedən yol”, Pərvin Kərimzadə “Gənc liderlərin inkişafında təhsilin rolu”, PR və marketinq üzrə mütəxəssis Günay Məhərrəmli “Rəqəmsal dünyada sosial medianın imkanlarından effektiv istifadə formaları” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda “Social Night” proqramına əsasən yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.

Qeyd edək ki, layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

“Davam” Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər