12 Fevral 2022 23:15
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Omikron variantının təsiri ilə COVID-19-a yoluxma hallarının sayında artımlar davam etsə də, ölkələr epidemiya tədbirlərini yumşaldır.

Teleqraf.com xəbər verir ki, nüfuzlu agentliklərinin təhlil xəbərlərində qlobal miqyasda pandemiya tədbirləri dövrünün sürətlə sona yaxınlaşdığı vurğulanır.

Cənubi Koreya, Çexiyada və Avstraliya epidemiyaya qarşı bəzi tədbirləri yumşaltmaq qərarına gəliblər. Avropanın aparıcı iqtisadiyyatı olan Almaniyada da gələn həftədən tədbirlərin yumşaldılması planlaşdırılır.

Epidemiya ilə bağlı məlumatlar rekord səviyyədə olsa da, təhlillərdə siyasətçilərin tədbirləri aradan qaldırmağın tərəfdarıdırı olduğuna diqqət çəkilir. Elm adamları isə bu qərarların ağılabatan olmadığını düşünürlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi əməkdaşı doktor Soumya Svaminathan bütün tədbirləri ləğv etməyi axmaqlıq sayıb: “Elmə və elm adamlarına edilən hücumlar məyusedicidir. Pandemiyanın gedişatı güclənir və daha çox ziyan vurma potensialı var”.


Müəllif: Yeganə Oqtayqızı