Yay aylarından məktəbəqədər təhsil müəssisələrinə qəbul onlayn qaydada həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin işə qəbulu da onlayn qaydada təşkil olunacaq.
Nazir qeyd edib ki, cari ildə müəllimlərin sertifikasiyası həyata keçiriləcək.