Dövlət hesabına xaricdə təhsil alıb, ölkəyə qayıtmayan şəxs həmin pulu geri qaytarmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, proqrama daxil ediləcək universitetlər arasında təhsil keyfiyyəti nəzərə alınacaq:
"Ola bilər ki, hansısa universitet illər əvvəl Nobel mükafatına layiq görülüb deyə ilk ən yaxşı 500 universitet arasında yer alır. Amma yeni yaranan, spesifik sahə üzrə ixtisaslaşmış universitet o siyahıda yoxdur. Bu baxımdan bizim üçün reytinq yox, tədrisin keyfiyyəti ön planda olacaq".