2 Mart 2022 16:00
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada olan 4 minədək Azərbaycan vətəndaşı bu ölkəni tərk edib".

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib.

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına evdə, yaxud təhlükəsiz yerlərdə qalmaq, vacib səbəb olmadan yola çıxmamaq tövsiyə olunur.

Ciddi təhlükəyə məruz qalan vətəndaşlarımız Ukraynanı Moldova, Polşa, Slovakiya, Macarıstan, Rumıniya istiqamətlərindən tərk edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər