5 Mart 2022 23:27
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürək xəstəlikləri arasında geniş yayılan ürək nevrozu daha çox panik atak və ipoxondriya dediyimiz xəstəliyinin simptomları ilə üst-üstə düşür.

Teleqraf.com xəbər verir ki, daha çox ölüm qorxusunun hakim olduğu bu xəstəlik zamanı insanlar daimi olaraq ürəklə bağlı narahatçılıq keçirir, ürək nahiyəsində ağrılardan şikayət edirlər.

Bu ağrılar adətən miokard infrarktında olduğundan fərqli olaraq qısa ani sancılar şəklində olub qola və kürəyə nadir hallarda vurur, ağrılar dözüləsi həddə olur və fiziki hərəkət olmadan çox vaxt sakit halda baş verir. Ağrının başlaması ilə birlikdə ürək çırpıntısının da olması həmin adamda qorxu hissini də özü ilə gətirir. Bu an şəxs düşünür ki, "məndə infarkt başlayır və mən ölürəm”. Həkim müayinlərinə gedib dəfələrlə elektrokardioqramma, stesstest hətta anju kimi ürək müayinləri etdirmələrinə baxmayaraq buna səbəb olacaq heç bir problemin aşkar olunmaması belə onları sakitləşdirmir. Daimi olaraq əllərini nəbzlərinə və ya ürək nahiyəsinə qoyaraq kontrol edən bu şəxslər tez-tez təzyiq ölçdürməkdən özünü və ətrafdakı insanları yormağa başlayırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər