9 Mart 2022 14:10
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.

Bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O bildirib ki, hazırda həmin vaksinlər ölkədədir.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.

Asiman Həsənov klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu bildirib. Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: “Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”.

"Azərbaycanda kliniki sınağı keçiriləcək “TURKOVAC” vaksini “SinoVac” vaksini ilə demək olar eyni tərkibdədir”. Bunu isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib: “Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər