10 Mart 2022 23:44
378
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” İstehsalat Birliyi 2022-ci ildə də istər Bakı və Bakıətrafı qəsəbələrdə, istərsə də regionlarda qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir. Şamaxı rayonu ərazisində qaz təchizatında problem olan yerlər araşdırılır və şəbəkədə lazımi işlər görülməklə qaz təminatının yaxşılaşdırılması həyata keçirilir.
Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən xəbər verilib.
Bildirilir ki, rayonun Çuxuryurd qəsəbəsində massivin son illər sürətlə genişlənməsi qaz təsərrüfatında yenidənqurma işlərinin görülməsini vacib edib. Bu məqsədlə sözü gedən qəsəbədə istismar müddəti başa çatan, vaxtilə torpaqla təmasda olan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər də cəlb olunub. İşlərin yaxın müddətdə başa çatması nəzərdə tutulur.

Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər