12 Mart 2022 21:31
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

İlk öncə qaliblərlə tanış olan Şahmar Mövsümov daha sonra qaliblərə əsas milli inkişaf prioritetlərindən bəhs edib. Bu prioritetlərin içində insan kapitalının inkişaf etdirilməsi dövlətin xüsusi marağında olduğunu qeyd edən Prezident köməkçisi, “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi əhəmiyyət kəsb etdiyini əlavə edib. Daha sonra Şahmar Mövsümov qeyri-neft sahəsinin inkişafı, iqtisadi və informasiya texnologiyaları sahələrinin inkişafı ilə bağlı qaliblərin təkliflərini qəbul edib, və suallarını cavablandırıb.

Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qaliblərinə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini də verib. Kommunikasiya bacarıqlarının doğru istifadə edilməsi üçün dürüstlüyün ən vacib amil olduğunu qeyd edən Prezident Administrasiyasının şöbə müdiri qaliblərə stereotiplərdən qaçaraq, daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər