Ötən il Azərbaycanda vəzifə saxtakarlıqları ilə bağlı 35 cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.
O bildirib ki, bu cinayətlərdən 24-ü saxta COVID-19 pasportu satan şəxslərlə bağlıdır.
Fazil Həsənəliyev bildirib ki, saxta veteranlıq və eyni zamanda əlillik təyinatı almış şəxslər cinayət məsuliyyəti daşıyır: "Burada vətəndaşın əmlakının ələ keçirilməsi də varsa, cinayət işinə dələduzluq halı da əlavə edilir".