24 Noyabr 2014 21:06
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin ofisində sığorta üzrə təlim keçirilib.

Teleqraf.com-un məlumatına görə, təlim “Sığortalı gənclik” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakıda fəaliyyət göstərən ali məktəblərin 32 tələbəsi iştirak edib.

Təlim çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov çıxış edərək dünyada və ölkəmizdə sığortanın tarixi, bu fəaliyyət növünün əhəmiyyəti və perspektivi, inkişaf mərhələləri barədə məlumat verib. Tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatçılar Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyidir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər