"Quru sərhədlərinin açılması Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olar".
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
"Azərbaycanda koronavirus pandemiyasına dair son göstəricilər kifayət qədər aşağıdır. Hesab edirəm ki, quru sərhədlərinin açılması Azərbaycana gələn Rusiya turistlərinin sayının artmasına səbəb olar", - deyə Boçarnikov qeyd edib.
O qeyd edib ki, Azərbaycanda "MİR" ödəniş kartının istifadəyə verilməsi buna da töhfə verə bilər.