25 Noyabr 2014 12:20
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının təşkilatçılığı ilə “Energokredit – Dayanıqlı Enerji Maliyyələşdirmə Mexanizmi” layihəsinin təqdimatı mərasimi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, AYİB-in Bakı ofisinin rəhbəri Nail Mak Keyn tədbirin əhəmiyyəti barədə danışıb.

N.Mak Keyn bildirib ki, bu layihənin əsas məqsədi, öz müştəriləri arasında dayanıqlı enerji sərmyələrini təşviq etmək üçün yerli maliyyə institutlarına dəstək verməkdir: “O cümlədən özəl biznes və ev təsərrüfatlarına bu yanaşmaların texniki və maliyyə üstünlüklərini nümayiş etdirməkdir. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda kiçik və orta müəssisələrdə və yerli şirkətlərdə enerji resurslarının daha yaxşı istifadə olunmasını artırmaq üçün “Energokredit” layihəsini təqdim edir. Bank Qafqazda enerji səmərələliyini artırrmaq məqsədilə tərəfdaş banklara 125 miyon dollarlıq kredit xəttinin açılmasına nail olub”.

Onun sözlərinə görə, Avropa Bankı xüsusi texniki paketi ilə yerli banklar, şirkətlər və ev təsərrüfatlarına dəstək olmaq üçün beynəlxalq məsləhətçilər heyətini də cəlb edib: “Bu dəstək şirkətlərə və ev təsərrüfatlarına aşağı keyfiyyətli avadanlıq və materiallardan daha qənaətli və yüksək göstəricilərə malik cihazlara keçidi mümkün edir. Bu da öz növbəsində daha böyük nəticələr və zaman keçdikcə, enerji istehlakına görə daha kiçik məbləğdə qəbzlərin gəlməsi ilə nəticələnəcək”.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Anna Malena Mard da “Energokredit” layihəsinin Avropa İttifaqı ölkələrin verdiyi səmərələr barədə danışıb: “Bu layihənin Azərbaycanda da həyata keçirilməsi enerji sahəsində qənaətin artırılmasına dəstək olacaq. Layihə həm də enerji səmərəliliyini və bərpa olunan enerjidən istifadəni genişləndirmək məqsədi ilə orta ölçülü layihələri (2 miyon 500 min ABŞ dollarına qədər) maliyyələşdirir”.

Qeyd edək ki, üç yerli bank – “Dəmirbank”, “Accessbank” və “Muğanbank” bu proqramdan istifadə etməyə başlayıblar. “Unibank” da bu layihəyə qoşulmaq da maraqlı olduğunu bəyan edir.

Naibə


Müəllif: