15 Aprel 2022 11:11
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana rəsmi səfəri aprelin 15-də başa çatıb.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniyanın Baş naziri Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.


Müəllif: Teleqraf.com