Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan bayramı münasibətilə növbəti paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimindən fotolar paylaşaraq “Allah orucunuzu qəbul etsin!” yazıb.