“Burada gedən müzakirələr zamanı ABŞ Dövlət Departamentinin və digər bəzi beynəlxalq təşkilatların hesabatında Azərbaycanın düzgün sıraya qoyulmadığı qeyd olundu. Mən hesab edirəm ki, bizim deputatlarımız da bu məsələdə fəal olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında sənədin müzakirəsi zamanı bildirib.
Spiker qeyd edib ki, deputatlar fərqli beynəlxalq təşkilatlarda və komitələrdə təmsil olunurlar: “Hesab edirəm ki, fərqli beynəlxalq qurumlarda buradakı hesabatı çatdırmaq, danışmaq lazımdır. Eyni zamanda xarici mediada bu mövzuda danışmaq olar. Bizim xarici fəaliyyətlə məşğul olan deputatlarımız var və bu işi etmək olar”.