20 May 2022 14:08
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra onun nəşi dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.

***

11:45

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, mərasim saat 13.00-da Jurnalistlər binasının həyətində olacaq.

Mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkərana aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Müəllif: Teleqraf.com