"İki gün öncə Bakının Nərimanov rayonu ərazisində sayğacı kiplənmiş abonent “Azəriqaz”ın 104 çağrı mərkəzinə zəng edərək sayğacın dəyişdiriləsini xahiş edib. Abonentin evinə yaxınlaşan “Azəriqaz” əməkdaşı bir saata yaxın abonentin evində girov saxlanılıb".
Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, abonent Birliyin əməkdaşından mövcud sayğacı “smart-kart” tipli sayğacla əvəz olunmasını tələb edib: "Abonent bildirib ki, ona tez bir müddətdə “smart-kart” tipli sayğac gətirilsin. Abonentə dəfələrlə izah edilib ki, onun evinin qaz təchizatını təmin etmək istəyirik və hazırda onun tələb etdiyi sayğac növündən yoxdur. Buna baxmayaraq, uzun danışıqlardan sonra əməkdaşımızı buraxdırdıq və həmin abonentin sayğacı yenilənib”.
O qeyd edib ki, abonentlər tərəfindən ara-sıra bu cür aqressiv münasibətə rast gəlinir.