27 May 2022 17:05
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, buna səbəb seçici siyahısı dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə seçicilərin sayının Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır.

MSK sədrinin müavini bildirib ki, bundan sonra dairə seçki komissiyaları bu istiqamətdə addımlar atacaqlar.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər