7 İyun 2022 13:20
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati qaydada yazılmış protokolla bağlı iddiaya iyunun 8-də baxılacaq.

Teleqraf.com-un xəbərinə görə, iddia üzrə şikayət baxılması üçün Nəsimi rayon Məhkəməsinə mayın əvvəlində göndərilib.

Şikayət hakim Solmaz Mustafayevin icraatına verilib.

Qeyd edək ki, “Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətnin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə cəza tədbiri görülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xatırladaq ki, “Qaragözova” MMC Nəsimi rayonu ərazisində tibbi klinika kimi fəaliyyət göstərir.

Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.


Müəllif: Hacı Zeynalov